Zahid Oruc: "Qarabağda tikilən fabrik və zavodlarda gənc ailələr işləməlidir"


  • 26 Sentyabr 16:57

"44 günlük Vətən müharibəsi təkcə torpaqlarımız uğrunda deyil, həm də ailələrimiz uğrunda oldu".

E-huquq.az xəbər verir ki, bu sözləri deputat Zahid Orucov "Ailə - dəyişməyən dəyərimiz" mövzusunda keçirilən "Gənc Ailə Forumu"nda söyləyib.

"Çünki ermənilər düşmənçiliyi də düşmən kimi etmir. Bu gün müharibə təkcə topla-tüfənglə olmur. Mənə görə mədəni müxtəlifliyi ilə öyünən dövlət ailə modelini qoruya bilirsə, onun neft-qazdan qazandığı gəlirlər ailələrini qorumağa kifayət edəcək. Biz bu gün işğaldan azad etdiyimiz torpaqlarımızı bərpa edir, quruculuq işləri aparırıq. Bunun üçün bizə elm və təhsil lazımdır. Təkcə top, tüfəng bəs etmir. Orada gənc ailələr daha çox olmalıdır. Qarabağda tikilən fabrik və zavodlarda gənc ailələr işləməlidir. Qarabağ gücləndikcə ermənilər də məğlub olacaq".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər