Hüquqşünasların nəzərinə!


  • 14:42

Hüquq və İnsan Haqları İnstitutu “Ətraf mühitin mühafizəsi və Avropa Məhkəməsinin presedent hüququ” mövzusunda təlim təşkil edir.

Bu barədə e-huquq.az-a İnstitutdan məlumat verilib.

Bildirilib ki, 27 sentyabr 2024-cü il tarixində keçiriləcək yarımgünlük təlimdə İnstitutun təcrübəli təlimçi-ekspertləri mövzu üzrə maraqlı təqdimatlarla çıxış edəcəklər.

Təlimdə hüquqşünaslar, vəkillər, mediatorlar, ədliyyə işçiləri, hüquq təhsili alan tələbələr və s. iştirak edə bilərlər.

Təlimdə ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsi, təsərrüfat və başqa fəaliyyətlərin təbii ekoloji sistemlərə zərərli təsirinin qarşısının alınması, işğaldan azad olunmuş ərazilərdə ətraf mühitə vurulan zərər, həmçinin bioloji müxtəlifliyin qorunub saxlanılması, Avropa Məhkəməsinin presedent hüququ və digər mövzular əhatə olunacaq.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

İştirak etmək istəyən şəxslər öz CV-lərini İNFO@LHRİ.AZ elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 23 sentyabr 2024-cü il, saat 12:00.

Oxşar xəbərlər