Yevlax sakini avtomobillə həmyerlisini qəsdən vurdu: ölən və saxlanılan var - YENİLƏNİB


  • 21 Sentyabr 20:41

Sentyabrın 21-də saat 19 radələrində Yevlax rayonu ərazisində 1985-ci il təvəllüdlü Elvin İbrahimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax rayon Prokurorluğundan e-huquq.az-a verilən məlumata görə, araşdırma zamanı 1981-ci il təvəllüdlü Zamin Cavadovun Yevlax şəhəri Nizami prospekti ərazisində şəxsi münasibətlər zəmnində Elvin İbrahimovu avtomobillə vurması, daha sonra həmin avtomobillə sonuncunun üzərindən keçməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Z.Cavadov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

19.36

Yevlax şəhər ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Elvin İbrahimovun avtomobillə qəsdən vurularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Bu barədə e-huquq.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü rayon sakini Zamin Cavadov saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Oxşar xəbərlər