MSK 3 namizədin müraciəti üzrə DSK qərarlarını qüvvədə saxlayıb


  • 16 Sentyabr 12:15

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi üzrə qeydə alınan namizəd Vahid Qocayevin, 11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsindən qeydə alınan namizəd Fəxrəddin Mehdiyevin və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə qeydə alınan namizəd Araz Şahverdiyevin müraciətlərinə baxılıb.

E-huquq.az xəbər verir ki, MSK namizədin müraciətini təmin etməyib, DSK-ların qərarları qüvvədə saxlanılıb.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

Oxşar xəbərlər

  • 18 Sentyabr 13:13
Baş nazir qərar imzaladı