Bu il 5040 nəfər narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunub


  • 16 Sentyabr 11:44

Bu ilin doqquz ayı ərzində 5040 nəfər narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, onlardan 16-18 yaşadək-1 nəfər, 18-25 yaşadək 367 nəfər, 26-29 yaşadək 802 nəfər, 30 yaş və ondan yuxarı isə 3870 nəfər təşkil edir:

"Həmin şəxslərdən 4881-i kişi, 159-u qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 45 nəfəri xarici ölkə vətəndaşıdır."

Oxşar xəbərlər

  • 18 Sentyabr 13:13
Baş nazir qərar imzaladı