Azərbaycan XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım etdi


  • 15 Sentyabr 10:16

Azərbaycanın Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib.

E-huquq.az xəbər verir ki, xarici siyasət idarəsinin paylaşımında qeyd olunub:

"Bu gün, Bakı şəhərinin erməni daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsindən 106 il ötür. Azərbaycan-Türkiyə qardaşlıq tarixinin səhifələrinə qızıl hərflərlə yazılan 15 sentyabr tarixində Bakının işğaldan azad edilməsi uğrunda canlarından keçən bütün qardaş və bacılarımızın əziz xatirəsini minnətdarlıqla anırıq".

Oxşar xəbərlər