Ombudsman: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizə olan yüksək etimadın göstəricisidir"


  • 6 Sentyabr 11:12

"Ekoloji problemlərin yaranma səbəblərinin və həll edilməsi yollarının araşdırılması olduqca zəruridir".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Hüquq və İqlim" mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, istər beynəlxalq təşkilatlar tərəfindən, istərsə də dünya ölkələri səviyyəsində bu sahədə ciddi işlər aparılmaqdadır: "Bu baxımdan iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyətli təşəbbüslərindən biri olan COP29 xüsusi əhəmiyyət kəsb edir. Bu il Azərbaycanın COP29-a ev sahibliyi ölkəmizə olan yüksək etimadın göstəricisidir. Bu tədbiri ölkəmiz üçün 2024-cü ilin ən mühüm hadisəsi və yaşıl iqtisadiyyata keçid startegiyasının məntiqi davamı kimi qiymətləndirmək olar".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər