Nazir: "Azərbaycanda yeni iqlim strategiyasının hazırlanması istiqamətində işlər aparılır"


  • 6 Sentyabr 10:32

"Hazırda ölkəmizdə yeni iqlim strategiyasının hazırlanması istiqamətində işlər aparılır".

E-huquq.az xəbər verir ki, bunu COP29 prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Hüquq və İqlim" mövzusunda beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın iqlim strategiyası həm qlobal öhdəliklərə uyğunlaşmanı, həm də milli prioritetlərin icrasını özündə birləşdirir: "Yeni strategiya bütün iqtisadi sektorları əhatə edərək, aşağı karbonlu inkişafı hədəfləyəcəkdir. Eyni zamanda həll olunmalı ciddi çağırışlar mövcuddur. Ən böyük çağırışlardan biri iqlim dəyişikliyinə uyğunlaşmaq üçün potensialın artırılmasıdır. Xüsusilə təmiz texnologiya və beynəlxalq iqlim maliyyəsi sistemlərinə çıxışın məhdudluğu, yerli səviyyədə yeni layihələrin həyata keçirilməsinə çətinlik yaradır".

M.Babayev bildirib ki, digər ciddi problem hüquqi çərçivələrin gücləndirilməsidir: "Azərbaycanın milli iqlim qanunvericiliyi bəzi sahələrdə beynəlxalq standartlara uyğunlaşdırılsa da, iqlim dəyişikliyi ilə mübarizənin daha təsirli olması üçün əlavə islahatlara ehtiyac var. Qanunvericilikdə iqlim dəyişikliyinə qarşı daha aydın və konkret mexanizmləri tətbiq etməklə, həm qlobal iqlim öhdəliklərimizin icrasında, həm də iqlim hüquqpozmalarının qarşısınınalınmasında daha güclü hüquqi əsaslar yaradıla bilər. Məhz ekoloji hüquqpozmaların qarşısını almaq məqsədilə ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən ciddi nəzarət tədbirləri, hüquq-mühafizə, prokurorluq orqanları tərəfindən qanun pozucularına qarşı tətbiq edilən sərt cəzalar və davamlı maarifləndirmə işləri nəticəsində son dövrlərdə ekoloji cinayətlərin sayında əvvəlki illərə nisbətən azalma müşahidə olunur".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər