Bakıda “LAW & CLİMATE” adlı beynəlxalq konfrans keçirilir - FOTO


  • 6 Sentyabr 10:15

Bakıda Azərbaycan Hakimlər İttifaqının təşkilatçılığı ilə “LAW & CLİMATE” mövzusunda beynəlxalq konfrans keçirilir.

E-huquq.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Hakimlər İttifaqı İctimai Birliyinin sədri Ramiz Rzayev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Beynəlxalq Hakimlar İttifaqının (IA) prezidenti Duro Sessa, Türkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı və digər şəxslər iştirak edir.

Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasıdır.

Konfransda “İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası: Kiyoto, Doha və Paris əlavələri”, “Iqlim dəyişikliyi və insan hüquqları: çağırışlar və hüquqi tənzimlənmə”, “İqlim dəyişikliyi ilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri”, “İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqla mübarizənin rolu: beynəlxalq və milli kontekst” və bir sıra digər mövzularda müzakirələr təşkil ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər