Ramiz Rzayev: "Hüquq və iqlim məsələləri kimi vacib bir mövzu ətrafında toplaşmağımız çox önəmlidir"


  • 6 Sentyabr 10:18

"Azərbaycan Hakimlər İttifaqı, Azərbaycan Respublikasında fəaliyyətdə və təqaüddə olan hakimlərin birliyi olmaqla, əsas məqsədi hakimlərin müstəqilliyinin möhkəmləndirilməsi və məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dəstək göstərməkdən ibarətdir. Bununla yanaşı, biz hər zaman ölkəmizdə və dünyada baş verən proseslərə hüquq ictimaiyyətinin diqqətini cəlb edir və aktual problemlərin müzakirəsini təşkil edirik".

E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycan Hakimlər İttifaqı İctimai Birliyinin sədri Ramiz Rzayev “Hüquq və İqlim” mövzusunda beynəlxalq konfransda deyib.

O təəssüf hissi ilə bildirib ki, iqlim dəyişikliyi dünyamız üçün ciddi bir sınaqdır. Bu dəyişikliklər insanların hüquqlarına, həyat tərzinə və ümumi rifahına böyük təsir edir.

"Azərbaycan da iqlim dəyişikliyinin qarşısının alınmasında beynəlxalq əməkdaşlıq məsələlərinə ciddi yanaşır. Bildiyiniz kimi, Azərbaycan Respublikası bu il COP29 kimi mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edir və cənab Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bir neçə ay sonra digər Tərəfdar dövlətlərlə birlikdə iqlim dəyişiklikləri naminə tarixi əhəmiyyətli addımların məhz bu şəhərdə atılacağını bilmək hər birimiz üçün fəxredici hadisədir", - deyə R.Rzayev qeyd edib.

Hakimlər İttifqanınn sədri Ali Məhkəməsi ilə birlikdə təşkil edilən beynəlxalq konfransın əsas məqsədinin də Azərbaycanın və dünya ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasından ibarət olduğunu vurğulayıb: "Hüquq və iqlim məsələləri kimi vacib bir mövzu ətrafında toplaşmağımız hər birimiz üçün çox önəmlidir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər