Bakıda avtomobil işıq dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var


  • 26 İyul 09:21

Bakıda avtomobil işıq dirəyinə çırpılıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Ruslan İsgəndərov idarə etdiyi “Opel” markalı avtomobillə idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, 1987-ci il təvəllüdlü Vüsal İsmayılov hadisə yerində ölüb. Sürücü və digər iki sərnişin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər