"Naxçıvan Bank"ın lisenziyası ləğv edildi


  • 25 İyul 11:07

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Naxçıvan Bank” ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış “E-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

E-huquq.az bu barədə AMB-yə istinadən xəbər verir.

AMB-nin qərarı ilə “Naxçıvan Bank”ın lisenziyasının ləğv edilməsi anına olan bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan “E-Kredit" BOKT-a keçib. Kredit təşkilatı öz fəaliyyətini “Naxçıvan Bank”ın əvvəlki hüquqi ünvanında (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 27) həyata keçirəcək.

Oxşar xəbərlər