- 7 Sentyabr 11:35
Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı 28 may Müstəqillik Günü münasibətilə təbrik edib.
E-huquq.az xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
O, bununla bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilməsini təklif edib.
Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.