- 11:17 | 25.04.2024
- Digər
"Arbitraj mübahisələrin alternativ həlli üsulu kimi çox önəmlidir".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Arbitraj Assosiasiyasının sədri Kəmalə Mehdiyeva "Azərbaycan Arbitraj Günləri" adlı konfransla bağlı danışarkən deyib
O bildirib ki, bu tədbir ölkəmizdə arbitrajla bağlı keçirilən ilk beynəlxalq konfransdır: "Bu, həm yerli, həm də xaricdən gələn hüquqşünaslar üçün çox önəmli bir tədbirdir. Tədbirdə 20-dən çox ölkədən hüquqşünaslar iştirak edir. Onlar öz təcrübələrini bizimlə bölüşəcəklər. Konfransda, həmçinin mürəkkəb hüquqi mövzular müzakirə olunacaq".