- 00:28
Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına işgüzar səfəri başa çatıb.
E-huquq.az xəbər verir ki, Niş şəhərinin “Konstantin Veliki” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Serbiya Prezidenti Aleksandar Vuçiç yola saldı.