Bu avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir


  • 17:54

Bakıda 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir.

Bu barədə e-huquq.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir

Məlumata görə, paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsində (Mərkəzi Bulvar küçəsindən Babək prospekti istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.

Oxşar xəbərlər