- 19:35
Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.
E-huquq.az xəbər verir ki, nazirlik bu barədə "X" hesabında paylaşım edib.
"İran İslam Respublikasının Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai Limanında baş verən dəhşətli partlayışdan dərin kədər hissi duyuruq.
Həyatını itirənlərin ailələrinə və yaxınlarına, həmçinin İran xalqına və hökumətinə ürəkdən başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını səmimi-qəlbdən arzulayırıq", - paylaşımda deyilir.