- 13:20
Ötən gecə Rusiyada Ukraynaya məxsus 45 pilotsuz uçuş aparatı vurulub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, hava hücumundan müdafiə sistemləri Rusiyanın bölgələri üzərində Ukraynaya məxsus 45 pilotsuz uçuş aparatını məhv edib. Onlardan 27-si Kursk, 16-sı Belqorod, biri Rostov, biri isə Lipetsk vilayəti ərazisi üzərində vurulub.