- 23 Aprel 15:24
Aprelin 23-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Vəkilin peşəkar nüfuzunu qorumaq öhdəliyi" mövzusunda distant formada təlim keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun vəkillərin fəaliyyətindəki əhəmiyyətindən danışıb.
Təlimin əsas hissəsində Vəkillərin İntizam Komissiyasının və Vəkillər Kollegiyası Deontologiya Komitəsinin üzvü Elvin Əliyev peşəkar etik davranış, vəkilin etik öhdəlikləri, sosial məsuliyyət və digər müxtəlif məsələlər barədə çıxış edib.
Həmçinin təlimdə iştirak edən Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü, Deontologiya Komitəsinin sədri Paşa Səfərov təlim mövzusuna dair təcrübəsini vəkillərlə paylaşıb.
Yekunda vəkillərin çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə vəkillər və Deontologiya Komitəsi ilə əməkdaşlıq edən könüllülər də daxil olmaqla, 44 nəfər iştirak edib.