- 21 Aprel 12:39
Bu gün tanınmış vəkil, "Mirzəyev və partnyorları" Vəkil Bürosunun müdiri Səyyad Mirzəyevin 74 yaşı tamam olur.
E-huquq.az xəbər verir ki, Səyyad Mirzəyev 22 aprel 1951-ci ildə anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Hüquq fakültəsini bitirib. Volqoqrad Ali İstintaq Məktəbində xüsusi təlimlər keçib.
O, 1979-cu ildən 2004-cü ilədək daxili işlər orqanlarında müstəntiq vəzifəsində çalışıb. Uzun illər Bakı şəhəri Baş Polis İdarəsində fəaliyyət göstərib.
Səyyad Mirzəyev jurnalist Salatın Əsgərovanın qətlində iştirak edən erməni terrorçularının ifşa edilməsində yaxından iştirak edib.
O, Birinci Qarabağ müharibəsinin iştirakçısı, müharibə veteranıdır. Baş müstəntiq vəzifəsində çalışarkən könüllü olaraq müharibəyə yollanıb. Azərbaycanın o vaxtkı daxili işlər naziri Ramil Usubov müharibə veteranı vəsiqəsini Səyyad Mirzəyevə şəxsən özü təqdim edib.
O, qüsursuz xidmətlərinə görə daxili işlər orqanları tərəfindən dəfələrlə təltif olunub.
Səyyad Mirzəyev 2007-ci ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. 2020-ci ildən "Mirzəyev və Partnyorları" Vəkil Bürosunun müdiridir.
O, 2021-ci ildə səmərəli fəaliyyəti və 70 illik yubileyi münasibətilə Vəkillər Kollegiyası tərəfindən "Fəxri hüquq doktoru” adına layiq görülüb. Həmçinin “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilib.
Səyyad müəllimi doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can cağlığı, fəaliyyətində uğurlar arzulayırıq!