Vəkillərə "Vəkilin sosial şəbəkədə fəaliyyətini təbliğ etməsi" mövzusunda təlim keçirilib - FOTO


  • 12:39

Aprelin 19-da Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Vəkilin sosial şəbəkədə fəaliyyətini təbliğ etməsi" mövzusunda distant formada təlim keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun aktuallığını qeyd edib.

Təlimin əsas hissəsində Vəkillərin İntizam Komissiyasının və Vəkillər Kollegiyası Deontologiya Komitəsinin üzvü Elvin Əliyev vəkilin sosial mediada davranışı, sosial mediada vəkilin peşəkar imici, etik davranış qaydaları, vəkilin sosial mediada nüfuz yaratması yolları və digər əlaqəli məsələlər barədə ətraflı çıxış edib.

Həmçinin təlimdə iştirak edən Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü, Deontologiya Komitəsinin sədri Paşa Səfərov mövzu üzrə təcrübəsini vəkillərlə bölüşüb.

Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə 29 vəkil iştirak edib.

Oxşar xəbərlər