Vəkilliyə qəbul olmaq istəyən şəxslərin nəzərinə!


  • 10:41

İyulun 7-də Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulur.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Belə ki, DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək. Namizədlər buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl dim.gov.az saytından əldə edə bilərlər.

Həmçinin namizədlərdən müəyyən olunan vaxtdan ən geci bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.

Əlavə olaraq bildiririk ki, hazırda sənəd qəbulu elektron (https://barassociation.az/candidate-login) qaydada davam edir. 22 iyun 2025-ci il tarixədək qeydiyyatdan keçməmiş şəxslər qeydiyyatdan keçə bilər. Bu tarixədək qeydiyyatdan keçmiş şəxslər isə ödəniş edib və ya öz elektron müraciətlərini təxirə sala bilər.

Oxşar xəbərlər