Əməkdar hüquqşünas İkram Kərimov: "Vəkillik peşəsi hüquqşünaslığın zirvəsidir"


  • 18 Aprel 14:19

"Vəkillik peşəsi çox nüfuzlu peşədir. O, hüquqşünaslığın zirvəsidir. Mən müstəntiq, prokuror, ittihamcı, hakim, məhkəmə sədri kimi 46 illik fəaliyyətimdən sonra Vəkillər Kollegiyasının üzvü olmuşam. Fəaliyyətimi kərpic kimi üst-üstə yığanda onun ən yüksək zirvəsi Vəkillər Kollegiyasının üzvü olmağım olub. Mən vəkil olmağımla fəxr edirəm”.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov vəkilliyə yeni qəbul olunan namizədlərin andiçmə mərasimində deyib.

O bildirib ki, vəkillik peşəsi böyük məsuliyyət tələb edir: "Hər bir vəkil yüksək məntiqi təfəkkürə malik olmalıdır. Öz üzərində çalışmalıdır və elə etməlidir ki, onu axtarıb, arayıb tapsınlar. Cəmiyyət özü onu axtarıb tapsın".

Sonda İ. Kərimov vəkilliyə qəbul olunan namizədləri təbrik edib, onlara uğurlar arzulayıb.

Humay Eminqızı

Oxşar xəbərlər