- 18 Aprel 16:07
"Bugünkü andiçmə mərasimindən sonra qadın və kişi vəkillər arasında olan disbalans nisbətən aradan qalxacaq".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
Sədr deyib ki, vəkilliyə yeni qəbul olunan 102 namizəddən 56 nəfəri kişi, 46 nəfəri isə qadındır.
"Beləliklə, ölkədə fəaliyyət göstərən qadın vəkillərin sayı 538 nəfərə çatıb. Azərbaycanda İlk dəfə qadın vəkillərin sayı ümumi vəkillərin 21%-ni təşkil edir", - deyə Anar Bağırov qeyd edib.
Humay Eminqızı