- 18 Aprel 16:07
2018-ci ildən etibarən vəkilliyə qəbul üzrə ümumilikdə 14 yazılı test imtahanı keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.
Sədr bildirib ki, bu dövrdə imtahanlarda iştirak edən 6070 namizəddən 1728 nəfəri uğurlu nəticə əldə edərək icbari təlimləri müvəffəqiyyətlə tamamlayıb və vəkil andı içərək Kollegiya üzvlüyünə qəbul olunub.
Humay Eminqızı