Azərbaycanda vəkillərin sayı 2600 nəfəri ötdü


  • 18 Aprel 10:14

"Bu gün vəkilliyə qəbul imtahanlarında bütün mərhələləri uğurla keçən 102 namizəd vəkil andı içərək Vəkilllər Kollegiyasının üzvlüyünə qəbul olunacaq".

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, beləliklə, ölkəmizdə vəkillərin ümumi sayı 2609 nəfərə çatacaq: "İlk dəfədir ki, Azərbaycanda bu sayda vəkil fəaliyyət göstərəcək. Bu isə o deməkdir ki, həm paytaxt Bakı şəhərində, həm də regionlarda daha çox vəkil vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərəcək".

Humay Eminqızı

Oxşar xəbərlər