Azərbaycanda vəkillərə vəkil etikası və davranış qaydaları ilə bağlı təlimlər keçiriləcək


  • 15 Aprel 12:28

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Deontologiya Komitəsi ARVK Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş “2025-ci il üçün” İş Planına uyğun olaraq Vəkillər Kollegiyası Akademiyası ilə növbəti əməkdaşlıq çərçivəsində cari ilin növbəti həftəsini (21-27 aprel) “Deontologiya həftəsi” olaraq elan edib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Belə ki, gələn həftədə Deontologiya Komitəsinin üzvləri tərəfindən vəkil etikası və davranış qaydalarını əhatə edən mövzular üzrə 4 təlimin keçirilməsi nəzərdə tutulur.

Keçirilməsi nəzərdə tutulan təlimlər barədə məlumatlar aşağıdakı qaydadır:

- 22 aprel 2025-ci il, saat 19:00-da, təlimçi Paşa Səfərov tərəfindən “Hakim və vəkil münasibətlərində etik çərçivələr”;

- 23 aprel 2025-ci il, saat 19:00-da, təlimçi Elvin Əliyev tərəfindən “Vəkilin peşəkar nüfuzunu qorumaq öhdəliyi”;

- 25 aprel 2025-ci il, saat 19:00-da, təlimçi Araz Nurməmmədov tərəfindən “Vəkilin fəaliyyətində deontoloji məsələlər”;

- 26 aprel 2025-ci il, saat 11:00-da, təlimçi Vüsal Cəfərov tərəfindən “Vəkilin sosial şəbəkələrdə davranışı”.

Təlimlərə qeydiyyat məsələsi ilə bağlı elanlar ətraflı şəkildə təqdim olunacaqdır.

Təlimlər geniş dinləyici auditoriyası üçün nəzərdə tutulduğundan Komitə vəkillərdən qeyd olunan təlimlər üzrə aktiv iştirak etməyi tövsiyə edir.

Oxşar xəbərlər