"Corporate Clash" intellektual oyununun qalibləri müəyyənləşdi - FOTO


  • 11 Aprel 15:55

Aprelin 6-da ELSA Azərbaycan Məzunlar Cəmiyyəti, ELSA Azərbaycan, AzSAB təşkilatları və "ProDemos – Xalq üçün" layihəsinin birgə təşkilatçılığı, həmçinin "Hangame" intellektual oyunlar platformasının tərəfdaşlığı ilə "Corporate Clash" adlı intellektual oyun baş tutub.

E-huquq.az xəbər verir ki, ELSA Azərbaycan Məzunlar Cəmiyyətinin 10 illiyinə həsr olunmuş bu tədbirin əsas məqsədi gənclər arasında biliklərin artırılması, düşünmə və analiz bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda komanda işi və həmrəylik ruhunun gücləndirilməsi olub.

Tədbirin açılışında ELSA Azərbaycan Məzunlar Cəmiyyətinin və AzSAB təşkilatının təsisçisi Bayram Orucov çıxış edərək yarışın əhəmiyyətindən danışıb. O, hüquqşünas tələbələrin intellektual səviyyəsinin və dünya görüşünün daim yüksək olduğunu vurğulayıb.

Daha sonra ELSA Azərbaycan Məzunlar Cəmiyyətinin sədri Əli Mirzəyev təşkilatçılara təşəkkürünü bildirib, iştirakçılara uğurlar arzulayaraq yarışın reqlamenti və qaydaları barədə ətraflı məlumat verib. Sədr vurğulayıb ki, Cəmiyyət ölkənin gənc hüquqşünaslarına daim xidmət edir, onların peşəkar inkişaflarını dəstəkləyir. Həmçinin Əli Mirzəyev qeyd edib ki, ELSA Azərbaycan Məzunlar Cəmiyyəti gənclərin hüquq sahəsində daha geniş dünya görüşünə sahib olmalarını təmin etmək üçün müxtəlif layihələr həyata keçirir.

Rəsmi hissədən sonra intellektual yarışmaya start verilib. Yarışda ümumilikdə 28 komandadan 200-ə yaxın iştirakçı mübarizə aparıb. Nəticədə, "Hangover" komandası birinci yerin qalibi olub. "Juris Prudents" komandası ikinci, "Mind Masters" komandası isə üçüncü yerin sahibi olub.

Oxşar xəbərlər