Vəkillərə "Cinayət işlərində müdafiə taktikasının qurulması" mövzusunda təlim keçirildi - FOTO


  • 10:01

Aprelin 5-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Cinayət işlərində müdafiə taktikasının qurulması (ibtidai araşdırma və məhkəmə mərhələləri)" mövzusunda hibrid formada təlim keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və təlim mövzusunun hüquqi əhəmiyyəti barədə bəzi məqamlara toxunub.

Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub, jurnalın elmi əhəmiyyəti onların diqqətinə çatdırılıb.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova cinayət işlərində müdafiə taktikasının müəyyən edilməsi, əsasları, prinsipləri, müdafiə taktikasının məqsədləri və mərhələləri, müvafiq dəlillərin toplanması, o cümlədən mövzu üzrə məhkəmə təcrübəsi barədə ətraflı çıxış edib.

Təlim interaktiv formada davam edib və sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə 72 vəkil distant, 13 vəkil əyani qaydada olmaqla, ümumilikdə Vəkillər Kollegiyasının 85 üzvü iştirak edib.

Oxşar xəbərlər