"Biznes Hüququ Müzakirə Klubu"nun ikinci buraxılışı təqdim edildi - VİDEO


  • 19 Mart 10:16

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Biznes Hüququ Komitəsinin dövlət-özəl dialoqunun genişləndirilməsi məqsədilə həyata keçirdiyi layihəsi olan "Biznes Hüququ Müzakirə Klubu"nun 2-ci buraxılışını təqdim edim edilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Ödəniş xidməti və ödəniş sistemləri haqqında” AR Qanununun müzakirəsinə həsr olunmuş buraxılışı BHK-nın Maliyyə hüququ işçi qrupu tərəfindən hazırlanıb. Buraxılışın moderatoru və əsas təşkilatçısı BHK-nın Maliyyə hüququ işçi qrupunun sədri, vəkil Əfqan Baxışov, iştirakçıları Günay Mahmudova (AR Mərkəzi Bankı), Tamerlan Rüstəmov (Azərbaycan Banklar Assosiasiyası), Nüşabə Yusifova (Azərbaycan Banklar Assosiasiyası, vəkil), Edqar Abdullayevdir (“United Payment” MMC-nin direktoru).

2-ci buraxılış ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

Oxşar xəbərlər