Vəkil Bürolarında təcrübə keçən Femida könüllülərinə sertifikatlar təqdim edildi - FOTO


  • 17 Mart 15:59

Cari il mart ayının 15-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və "Femida Könüllüləri" Təşkilatı arasında bağlanan Memoranduma əsasən, müxtəlif Vəkil Bürolarında təcrübə keçən könüllülərə sertifikatlar təqdim edilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından mlumat verilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və könüllüləri təcrübə müddətlərini müvəffəqiyyətlə başa vurduqlarına görə təbrik edib. Qeyd olunub ki, könüllü tələbələr və təcrübəçilər ARVK rəhbərliyinin daim diqqətindədir.

Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb, könüllülər jurnalda məqalələrlə çıxış etməyə dəvət edilib.

Vəkillərin İxtisas Komissiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev Kollegiya rəhbərliyinə könüllülərə göstərilən diqqət və qayğıya görə təşəkkür edib və onlara uğurlar arzu edib.

“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova çıxışında Kollegiya rəhbərliyinə göstərilən diqqət və qayğıya görə təşəkkür edib. Bildirib ki, statistikaya görə artıq 100-ə yaxın Femida könüllüsü müxtəlif Vəkil bürolarında təcrübə keçiblər.

Eyni zamanda görüşdə ARVK Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun müdiri Azər Quliyev, Vəkillərin İntizam Komissiyasının üzvü, “Kredo” Vəkil Bürosunun müdiri Elvin Səlimov və “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun nümayəndəsi Vüsal Atabəyoğlu da iştirak edib.

Sonda könüllülərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.

Oxşar xəbərlər