- 09:13
Cari il mart ayının 15-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Vəkilin peşə fəaliyyətini həyata keçirərkən qarşılaşdığı etik çətinliklər və onların aradan qaldırılması yolları" mövzusunda distant qaydada təlim keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun aktuallığını qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü, Deontologiya Komitəsinin sədri Paşa Səfərov və Vəkillər Kollegiyası Deontologiya Komitəsinin üzvü Araz Nurməmmədov vəkil təcrübəsində etik dilemmalar, ümumi etik problemlər, mövcud məsələnin cəmiyyətə təsiri və digər müxtəlif məsələlər ilə bağlı geniş müzakirələr aparıb.
Sonda vəkilləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 38 vəkil iştirak edib.