“Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə növbəti təlim keçirildi - FOTO


  • 17 Mart 12:40

Martın 15-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə həyata keçirilən “Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə "Korporativ hüququn əsasları" mövzusunda təlim təşkil edilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasndan məlumat verilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb. Eyni zamanda “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb, gənc hüquqşünaslar jurnalda məqalələrlə çıxış etməyə dəvət edilib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “CSS Konsaltinq” şirkətinin rəhbəri Nuridə İbrahimova və Vəkillər Kollegiyasının üzvü, “General Supply” QSC-nin baş hüquqşünası Səkinə Əliyeva korporativ hüquq elminin mahiyyəti, korporativ hüququn sahə mənsubiyyəti, korporativ idarəetmənin əsasları, o cümlədən digər əlaqəli praktiki məsələlər barədə çıxış edib.

Sonda müvafiq mövzu üzrə gənc hüquqşünasları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, təlimdə 37 gənc hüquqşünas iştirak edib.

Oxşar xəbərlər