"Ailə, qadın və uşaq hüquqlarının təmini və qorunması sahəsində boşluqlar mövcuddur"


  • 11:49

"Cəmiyyətin özəyi olan ailənin ən həssas üzvlərindən olan uşaqlar və onların hüquqlarının müdafiəsi də Konstitusiyamızın prioritetlərdən biridir. Ana qanunumuzun 17-ci maddəsinə görə, uşaqlar dövlətin xüsusi himayəsindədir və onların müdafiəsi ilə bağlı qanunvericilik aktları qəbul olunmuşdur. Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanunu və ölkəmizin qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaqların hüquqlarının qorunmasını təmin edən əsas hüquqi çərçivələrdir. Bu sənədlər uşaqların sağlam böyüməsi, təhsil alması, zorakılıq və istismardan qorunması üçün zəruri hüquqi mexanizmləri müəyyənləşdirir"

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O bildirib ki, hər bir sahədə olduğu kimi ailə, qadın və uşaq hüquqlarının təmini və qorunması sahəsində də müəyyən boşluqlar mövcuddur: "Bu boşluqların aradan qaldırılması cəmiyyətin sağlam və davamlı inkişafı üçün vacib amillərdən biridir. Konstitusiyamız qeyd olunan məsələlərlə bağlı güclü hüquqi baza yaradıb və dövlət bu hüquqların qorunmasını əsas prioritetlərdən biri kimi müəyyən edib. Bu sahədə davamlı inkişaf üçün hər bir vətəndaşın, dövlət qurumlarının və qeyri hökümət təşkilatlarının birgə səyi tələb olunur. Yalnız bu halda hüquqi dövlət və sağlam cəmiyyət qurmaq mümkündür".

Oxşar xəbərlər