- 11:52
"Vəkillər Kollegiyası vətəndaş cəmiyyətinin mühüm institutlarından biri kimi gender bərabərliyi sahəsində müəyyən işlər görür".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, 2017-ci ildə vəkil korpusunda xanım vəkillərin sayı 15% təşkil etdiyi təqdirdə, hal hazırda bu rəqəm 20%-i ötür.
"Qadın vəkillərin şəbəkələşməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən qadın vəkillərin fəaliyyətlərində qarşılaşdığı gender əsaslı çətinliklərlə mübarizə məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə Qadın Vəkillərin Alyansı yaradılıb. Bu gün biz böyük qürur hissi ilə deyirik ki, türk dünyasının ilk qadın vəkili məhz Azərbaycan xanımı, Şuşa doğumlu Sürəyya Ağaoğlu olub", - deyə sədr qeyd edib.