- 7 Mart 21:09
Cari il mart ayının 11-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Arbitraj ilə bağlı nəzəri və praktiki məşğələlər” mövzusunda distant qaydada təlim keçirilib.
E-huquq.az xəbər verir ki, təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun aktuallığını qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “Legalize Hüquq Şirkəti”nin təsisçi-partnyoru Fuad Qəşəmov arbitrajın səciyyəvi xüsusiyyətləri, mübahisələrin həlli üçün konsensual vasitə, arbitrajın üstünlükləri, o cümlədən mövzu üzrə yerli və xarici qanunvericilik sənədləri, arbitraj sazişinin forması və digər aktual məsələlər barədə geniş məlumat verib.
Təlimçi tərəfindən müvafiq sahədə təhlillər aparılıb və mövcud məhkəmə praktikasındakı işlər müzakirə edilib.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 59 üzvü iştirak edib.