- 9 Aprel 10:43
Ombudsman dövlət hesabına hüquqi yardımın göstərilməsi üçün qanunvericiliklə nəzərdə tutulan məbləğin artırılmasını təklif edir.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü il üzrə məruzəsini təqdim edərkən bildirib.
Onun sözlərinə görə, pulsuz hüquqi yardımdan istifadə etmək hüququnun təmin olunmasında, vəkillərin qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiə və ya təmsil etdikləri şəxslərlə görüşünün təşkil edilməsində mövcud problemlərlə əlaqədar Ombudsmanın “916” Çağrı Mərkəzinə daxil olan müraciətlər operativ qaydada araşdırılıb, zəruri tədbirlər görülüb.
"Yeri gəlmişkən, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmini məqsədilə cinayət mühakimə icraatı zamanı dövlət hesabına hüquqi yardımın göstərilməsi üçün qanunvericiliklə nəzərdə tutulan məbləğin artırılması məqsədəmüvafiq hesab olunur", - deyə S.Əliyeva qeyd edib.
Şəbnəm Mehdizadə