- 7 Mart 21:09
Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.
E-huquq.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində ona hökm oxunub.
Hökmə əsəsən, A.Məmmədov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs olunub.
Bundan başqa, onun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətə islah işləri cəzası verilib.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılmışdı.