Vəkillər daha 3 cəzaçəkmə müəssisəsində pulsuz hüquqi yardım göstərib - FOTO


  • 4 Mart 20:29

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə tədbirlər planına uyğun olaraq cari il ərzində də cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına müxtəlif Vəkil bürolarını təmsil edən vəkillər tərəfindən məhkum və həbs edilmiş şəxslərə ödənişsiz hüquqi yardım göstərilməsi davam etdirilir.

Bu badədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Keçirilmiş növbəti görüşlər zamanı 2, 3 və 9 sayı Vəkil bürolarının vəkilləri tərəfindən 2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində 103 məhkuma qanunvericiliyin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.

Oxşar xəbərlər