- 20 Fevral 12:36
Fevralın 22-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Vəkillər arasında etik münasibətlər" mövzusunda distant qaydada təlim keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və mövzunun aktuallığı ilə bağlı xüsusi məqamlara toxunub.
Təlimin I hissəsində Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü, Deontologiya Komitəsinin sədri Paşa Səfərov “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin müddəaları, vəkil etikası, peşə vəzifələri, vəkil-müştəri münasibətləri və digər müxtəlif məsələlər ilə bağlı geniş müzakirələr aparıb.
Təlimin II hissəsində isə Vəkillər Kollegiyası və Deontologiya Komitəsinin üzvü Vüsal Cəfərov vəkillər arasındakı etik normalar, vəkillər arasında əməkdaşlıq, xarici ölkələrin təcrübəsində vəkil etikası və digər əlaqəli mövzular barədə ətraflı çıxış edib.
Sonda vəkilləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 55 vəkil iştirak edib.