- 20 Fevral 12:36
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvünə yeni vəzifə verilib.
E-huquq.az-ın məlumatına görə, vəkil Türkan Yusibova “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Hüquq departamentinin rəhbəri təyin olunub.
Bu təyinatadək T.Yusibova həmin departamentin müdir müavini olub.
Qeyd edək ki, T.Yusibova 1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin “Kommersiya hüququ” ixtisası üzrə magistratura pilləsini bitirib. Peşəkar fəaliyyətə 2011-ci ildə beynəlxalq hüquq şirkətlərindən birində başlayıb. 2018-ci ildən ADY-də çalışan Türkan Yusibova 2023-cü ildən Hüquq departamentinin müdir müavini vəzifəsində işləyib.
O, “Yüksəliş” müsabiqəsinin yarımfinalçısıdır.