Vəkillərə “Vəkilin reklam qadağası və onun sərhədləri” mövzusunda təlim keçirilib - FOTO


  • 17 Fevral 10:33

Fevralın 15-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vəkilin reklam qadağası və onun sərhədləri” mövzusunda hibrid formada təlim keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun aktuallığını qeyd edib.

Təlimin əsas hissəsində Vəkillərin İntizam Komissiyasının və Vəkillər Kollegiyası Deontologiya Komitəsinin üzvü Elvin Əliyev “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin müddəaları, vəkilin öz fəaliyyətini təbliğ etməsində müsbət və mənfi hallar, reklamın sərhədləri, etik prinsiplər və digər əlaqəli məsələlər barədə ətraflı çıxış edib.

Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə ümumilikdə 64 vəkil iştirak edib.

Oxşar xəbərlər