Sədr müavini: "Vəkillər Kollegiyası gənc hüquqşünaslara hər zaman dəstək olur"


  • 15 Fevral 10:53

“Femida Könüllüləri qısa müddətdə böyük uğurlara imza atıb”.

E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Vəkillər Kollegiyası sədr müavini Pərviz Ələkbərov bu gün keçirilən Femida Könüllülərinin I Ümumrespublika Forumunda söyləyib söyləyib.

“Vəkillər Kollegiyası olaraq gənclərə, gənc hüquqşünaslara dəstək göstərməyi hər zaman özümüzə borc bilmişik. Çünki bu, bizim əsas şüarımızdır. Qeyd etmək istərdim ki, “Femida Könüllüləri” ilə Vəkillər Kollegiyası arasında birgə əməkdaşlıq memorandumu imzalanıb. Bu memorandum çərçivəsində gənc hüquqşünaslarımız bizim bürolarımızda, qurumlarımızda təcrübə keçib. Demək olar ki, gənc hüquqşünas tələbələr bu müddət ərzində bütün sahələrdə könüllü olaraq fəaliyyət göstərib. Mən bütün gənclərimizə uğurlar arzulayıram. İnanıram ki, bundan sonra da "Femida Könüllüləri" ilə uğurlu əməkdaşlığımız davam edəcək”, - deyə o bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər