Anar Bağırov: “Vəkilliyə namizədlərin şifahi imtahanının videoçəkilişlə keçirilməsi ölkəmizdə hüquq peşələri sırasında ilk olan təcrübədir”


  • 12 Fevral 17:09

"Tam şəffaf qaydada keçən ixtisas imtahanlarında uğur qazanmış 114 nəfər vəkilliyə namizədləri ürəkdən təbrik edirəm".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, vəkillikdə ötən ildən etibarən şifahi imtahan videoçəkilişlə keçirilir və ölkəmizdə hüquq peşələri sırasında ilk olan təcrübədir:

"Bu dəfə imtahanda uğur qazana bilməyən 18 nəfər namizədə isə ruhdan düşməməyi və ixtisas imtahanlarında yenidən iştirak etməyi tövsiyə edirəm".

Oxşar xəbərlər