Ötən il vəkillər üçün 70-dən çox təlim keçirilib


  • 8 Fevral 13:42

2024-cü il ərzində vəkillər üçün ümumilikdə 74 təlim keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.

Həmin təlimlərdə 3298 vəkil (bir vəkil bir neçə təlimə qoşulub) iştirak edib. ARVK ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində 27 ixtisasartırma təlimlərində 1105 vəkil, keçirilən 47 digər təlimlərə isə 2193 vəkil qoşulub.

Oxşar xəbərlər