- 10:25
Vəkillər Kollegiyası tərəfindən hər zaman gənc hüquqşünasların vəkilliyə marağının artırılması diqqət mərkəzində saxlanılır, eyni zamanda universitetlərdə daxili tədbirlər, ayrı-ayrı gənclərə müxtəlif sahələrdə dəstək göstərilir.
E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.
Kollegiya ilə ölkədə hüquq təhsili olan bütün universitetlər arasında imzalanmış əməkdaşlıq memorandumlarına əsasən, gənclərin və universitetlərin fəaliyyətinə müxtəlif formalarda göstərilən dəstək çərçivəsində, həmin tələbələrin vəkil qurumlarında təcrübə keçmələri üçün hər cür şərait yaradılır.
Hesabat ili ərzində müvafiq Vəkil bürolarında 32 nəfər Femida könüllüləri, 178 tələbə istehsalat təcrübəsində, 67 nəfər isə könüllü qaydada təcrübə keçib.