Ötən il vəkillər 13 mindən çox elektron müqavilə bağlayıb


  • 8 Fevral 13:26

Ötən il “Elektron vəkil orderi” vasitəsi ilə vəkil bürolarında 13 128, habelə fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən isə 554 elektron müqavilə bağlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.

Beləliklə, qısa müddət ərzində ümumilikdə 13 682 elektron müqavilə bağlanaraq ARVK informasiya kommunikasiya texnologiyaları sahəsində yeni uğura imza atıb.

2024-cü il ərzində isə ümumilikdə 13 662 ədəd elektron marka istifadə olunub.

Oxşar xəbərlər