- 10:25
2024-cü il ərzində Rəyasət Heyətinin qərarı ilə 171 vəkil təltif edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.
Onlardan 79-na Fəxri Fərman, 74-nə Təşəkkür, 13-nə Fəxri Hüquq Doktoru və 5-nə isə qiymətli hədiyyələr təqdim olunub.
Peşə bayramı münasibətilə və vəkilliyin inkişafındakı xidmətlərinə görə dövlət başçısının 28 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Hüseynov Əli Meybulla oğlu, Hüseynov Turqay İmanqulu oğlu, Hüseynova Esmira Hüseyn qızı, Qasımov Telman Abiəli oğlu, Quliyev Azər Şahbala oğlu, Məmmədova Leyla Polad qızı, Mustafayev Muxtar Nağı oğlu, Nəhmətov Fazil İldır oğlu, Rəsulov Arif Əmrulla oğlu, Rüstəmova Natəvan Famil qızı və Usub Elçin Arif oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər. Yanvarın 25-də isə həmin vəkillərə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib və ARVK-nın sədri Anar Bağırov çıxış və təbrik edib.