- 10:25
Azərbaycanda 138 vəkil bürosu fəaliyyət göstərir.
E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.
Ötən 7 ildə ölkəmizdə Vəkil bürolarının sayı da təxminən 4 dəfə artaraq 138-ə çatıb. 2024-cü ildə Bakıda “Alfa” və regionlarda Ağdaş, Ağsu rayon Vəkil büroları təsis edilərək fəaliyyətə başlayıb, habelə Naxçıvan MR-də Naxçıvan ASAN Vəkil Bürosunun açılışı olub. Vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin yüksək standartlara cavab verilməsi məqsədilə həmin bürolar maddi-texniki baza ilə tam təchiz olunub.
Qeyd edək ki, Gəncə şəhərində (Gəncə şəhəri, Həsən Əliyev küçəsi 49) yeni bina ayrılıb. Hazırda isə binanın əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Lənkəran şəhərində isə torpaq sahəsində müvafiq binanın tikintisinin başlanılması məqsədilə hazırlıq işləri davam etdirilir.