- 3 Fevral 11:23
Tanınmış vəkil Turan Abdullazadəyə qarşı kiberdələduzluğa cəhd edilib.
E-huquq.az xəbər verir ki, bu barədə vəkilin özü məlumat verib.
Onun sözlərinə görə, elan saytlarının birində satış məqsədilə məhsul yerləşdirib. Elanı paylaşdıqdan 1 saat sonra ona zəng edən şəxs həmin əşyanı almaq istədiyini bildirib.
Özünü alıcı kimi təqdim edən şəxs ödənişi kartla etmək istədiyini deyib və vəkilə link göndərək həmin linkə daxil olmasını, ödənişini oradan götürməsini bildirib. Bu sözlərdən şübhələnən vəkil anlayıb ki, "alıcı" əslində ona dələduzluq etmək niyyətindədir.
Sayta daxil olan T.Abdullazadə orada kart məlumatlarının, hətta kart şifrəsinin tələb olunduğunu gördükdə şübhələrinin əsaslı olduğunu başa düşüb.
Son zamanlar ölkəmizdə kiberdələduzluq hallarının geniş yayıldığını vurğulayan vəkil bu cür halların qurbanı olmamaq üçün vətəndaşları diqqətli olmağa çağırıb.
Humay Eminqızı